RU

Millimizin müdafiəçisi qol ötürməsi verdi, "Sivasspor" heç-heçə etdi - VİDEO

Türkiyə I Liqasında XXVI turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, bu gün Azərbaycan millisində oynamış Mert Melikin formasını geyindiyi "Sivasspor" səfərdə "Adana Demirspor"un qonağı olub.

Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.

Mert də bu görüşün iştirakçısı olub.

Matça start heyətində başlayan 25 yaşlı mərkəz müdafiəçisi 89-cu dəqiqədə əvəzlənib. O, komandasının qolunun məhsuldar ötürməsini edib.

26 turdan sonra 32 xal toplayan "Sivasspor" turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.

Избранный
69
sportinfo.az

1Источники