RU

KİV: ABŞ İranı nüvə sazişinə razı salmaq üçün məhdud zərbə endirə bilər

BAKI, 20 fevral. TELEQRAF

ABŞ prezidenti Donald Tramp Vaşinqton üçün sərfəli şərtlərlə nüvə sazişinə razı salmaq məqsədilə İrana qarşı məhdud hərbi zərbə endirmək imkanını nəzərdən keçirir.

Teleqraf xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti mənbələrə istinadla yazıb.

Məlumata görə, belə bir zərbə yaxın bir neçə gün ərzində həyata keçirilə bilər. Hədəf kimi İranın hərbi və hökumət obyektləri nəzərdən keçirilir. Nəşr iddia edir ki, əgər bundan sonra Tehran Vaşinqtonun uranın zənginləşdirilməsinin dayandırılması ilə bağlı tələblərini qəbul etməsə, ABŞ daha genişmiqyaslı hərbi kampaniyaya başlaya bilər. Bu kampaniyanın potensial məqsədi İran İslam Respublikasında hakimiyyətin dəyişdirilməsi ola bilər.

Qəzet yazır ki, Amerika lideri hələlik İrana qarşı hücumla bağlı yekun qərar verməyib. Ağ Evin mətbuat katibinin müavini Anna Kelli "The Wall Street Journal"a bildirib ki, Prezident Trampın necə davranacağını və ya davranmayacağını yalnız o özü bilir.

Qeyd edək ki, Tramp daha əvvəl İranla razılaşmanın əldə olunması üçün maksimum 15 gün vaxt verdiyini açıqlamışdı.

Избранный
32
teleqraf.com

1Источники