RU

İsrael Katz: Ordumuz Qəzzada qalacaq

ain.az, Sherg.az portalına istinadən məlumat yayır.

İsrailin müdafiə naziri İsrael Katz ölkə ordusunun Qəzza sektorunda təhlükəsizlik zonasını əbədi olaraq saxlayacağını bildirib.

Teleqraf xəbər verir ki, bu barədə "Ynet" portalı məlumat yayıb.

Nazir hərbi akademiyada keçirilən buraxılış mərasimində çıxışı zamanı deyib ki, İsrail Müdafiə Ordusu Qəzzada təhlükəsizlik zonasından geri çəkilməyəcək.

Məzunlara müraciət edən Katя 2025-ci ildə İsrail Hərbi Hava Qüvvələrinin Yəmən və İrana endirdiyi zərbələri xatırladaraq vurğulayıb ki, İsrailə qarşı məhv təhdidlərinə bundan sonra da imkan verilməyəcək. Onun sözlərinə görə, ölkə hərbi baxımdan təşəbbüs, qətiyyət, təhdidlərin aradan qaldırılması və İsrail sərhədlərinin qorunması prinsiplərini rəhbər tutur.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
46
1
sherg.az

2Источники