RU

Afrikada bu il 651 kibercinayətkar yaxalanıb

525.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İnterpolun xətti ilə 16 Afrika ölkəsindəbu ilin ilk 2 ayı ərzində aparılmış əməliyyat zamanı 651 kibercinayətkar saxlanılıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə qurum  dünən məlumat yayıb.

"Qırmızı vərəqə 2.0" əməliyyatı zamanı saxlanılanlardan 4,3 milyon dollar götürülüb. Amma  hesablamalara görə, fiziki və hüquqi şəxslərə vurulmuş ziyan 45 milyon dollardan çoxdur.

İnterpolun kibercinayətkarlıq departamentinin direktoru Nil Cettonun sözlərinə görə, cinayətkarlar müxtəlif sferalarda fəaliyyət göstəriblər. Məsələn, Keniyada 27 nəfərdən ibarət şəbəkə insanları 50 dollar investisiya yatıraraq böyük qazanc əldə edəcəkləri ilə aldadıblar. Və ya Fil Dişi Sahilində kredit vermək adı ilə insanları aldadan 58 nəfərdən ibarət dəstə zərərsizləşdirilib.

Yeri gəlmişkən, qurumuun məlumatında Afrika ölkələrində hər 3 cinayətdən birinin məhz kibercinayətkarlıq olduğu da xüsusi qeyd edilir.

L.Tağıyeva

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
41
525.az

1Источники