RU

Mirnazim Əsədullayev: Ramiz Quliyev Azərbaycan tarının dünyada tanınmasına mühüm töhfələr verib VİDEO

Bakı, 19 fevral, AZƏRTAC

Ramiz Quliyev Azərbaycan tarının dünyada tanınmasına mühüm töhfələr verib. Tar üçün yazılmış, köçürülmüş, işlənmiş nə qədər əsər varsa, onların böyük bir qismini o ifa edib, repertuara daxil etdirib. Bizim fonoteka tariximizdə də Ramiz Quliyev qədər zəngin səs yazıları olan ifaçılar çox deyil. Bu, onun sənətə münasibətinin, məsuliyyətinin göstəricisidir.

Bunu AZƏRTAC-a açıqlamasında Əməkdar artist, tanınmış kamança ifaçısı, professor Mirnazim Əsədullayev deyib.

O, Ramiz Quliyevlə 1976-cı illərdən tanış olduğunu bildirib: “O vaxt mən konservatoriyada oxuyurdum, Ramiz müəllim isə yenicə pedaqoji fəaliyyətə başlamışdı. Onunla birlikdə uzaq səfərlərdə olmuşam, müxtəlif ölkələrdə keçirilən tədbirlərdə çıxış etmişik. Çox gözəl yol-yoldaşı idi və səmimi ünsiyyəti ilə hər zaman seçilirdi”.

Избранный
76
2
azertag.az

3Источники