RU

Donald Trump Rusiyaya qarşı sanksiyaların müddətini bir il daha uzadıb

Sanksiyalar Ukrayna ətrafında vəziyyətlə əlaqədar tətbiq olunub və ABŞ-nin rəsmi reyestrində dərc edilib...

ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı tətbiq edilmiş sanksiyaların müddətini daha bir il uzadıb.

Poliqon xəbər verir ki, bu barədə məlumat Federal Register-də yayımlanan rəsmi bildirişdə yer alıb.

Sənədə əsasən, məhdudiyyətlər Ukrayna ətrafında yaranmış vəziyyət və bunun ABŞ-nin milli təhlükəsizliyi, xarici siyasəti və iqtisadi maraqları üçün yaratdığı təhdidlər səbəbindən qüvvədə saxlanılır. Bildirilir ki, mövcud şərait hələ də fövqəladə və qeyri-adi təhlükə kimi qiymətləndirildiyindən sanksiya rejiminin davam etdirilməsi zəruri hesab olunub.

Qeyd edək ki, Rusiyaya qarşı sanksiyalar müxtəlif illərdə mərhələli şəkildə tətbiq edilib və əsasən maliyyə sektoru, enerji sənayesi, müdafiə sahəsi, yüksək texnologiyaların ixracı, həmçinin ayrı-ayrı fiziki və hüquqi şəxsləri əhatə edir. Məhdudiyyətlər ABŞ şirkətləri və vətəndaşlarının müəyyən əməliyyatlarını qadağan edir, eyni zamanda bəzi aktivlərin dondurulmasını nəzərdə tutur.

Ekspertlərin fikrincə, sanksiyaların müddətinin uzadılması Vaşinqtonun Moskva ilə bağlı mövcud siyasi kursunu dəyişmədiyini və Ukrayna böhranı ətrafında gərginliyin hələ də beynəlxalq gündəliyin əsas mövzularından biri olaraq qaldığını göstərir.

Poliqon.info

Избранный
54
1
poliqon.info

2Источники