Demokrat.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
“Azərbaycan təsisçi üzv dövlət kimi Sülh Şurasının məqsəd və vəzifələrini dəstəkləyir”.Demokrat.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” paylaşım edib.Onun sözlərinə görə, gələcəkdə Azərbaycan Qəzza ilə bağlı investisiya layihələrində Sülh Şurası vasitəsilə iştirak etməyi nəzərdən keçirə bilər:“Lakin bir məqamı aydınlaşdırmaq istərdim. Azərbaycan bu gün Şuranın iclası zamanı elan edilən Qəzza ilə bağlı 7 milyard ABŞ dolları həcmində maliyyə təşəbbüsündə iştirak etməyi planlaşdırmır”.Qeyd edək ki, iclas zamanı ABŞ Prezidenti Donald Tramp bir neçə ölkənin Qəzza zolağına 7 milyard dollarlıq yardım paketi ayırdığını açıqlayıb. Bu siyahıda Azərbaycanın da adını çəkmişdi.Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.