RU

“Fənərbağça” evdə “Nottingem Forest”ə uduzdu

Avropa Liqasının pley-off mərhələsində “Nottingem Forest” səfərdə “Fənərbağça” üzərində inamlı qələbə qazanıb.

90deqiqe.Az xəbər verir ki, İngiltərə təmsilçisi rəqibini 3:0 hesabı ilə məğlub edib.

Oyunda hesabı ilk hissənin ortalarında Murilyo açıb. O, meydanın mərkəzində topu ələ keçirərək iki rəqibini keçib və cərimə meydançası yaxınlığından uzaq məsafədən topu uzaq “doqquzluğa” göndərib – 0:1.

Birinci hissənin sonlarında künc zərbəsindən sonra İqor Jezus uzaq dirəkdə nəzarətsiz qalıb və başla topu boş qapıya yönəldib – 0:2.

Fasilədən dərhal sonra Omari Hatçinson mərkəzdə topu ələ keçirərək hücumu sürətləndirib. O, ötürməni İqor Xesusun ünvanına göndərsə də, braziliyalı futbolçu zərbə endirmək əvəzinə topu Morqan Qibbs-Uayta ötürüb. İngilis yarımmüdafiəçi isə topu müqavimətsiz şəkildə tora göndərib – 0:3.

Görüşün sonlarında Neko Uilyams da fərqlənməyə yaxın olsa da, onun zərbəsini qapıçı küncə çıxarıb.

Bu nəticədən sonra “Nottingem Forest” 1/8 finala yüksəlmək üçün ciddi üstünlük əldə edib.

Избранный
18
90deqiqe.az

1Источники