RU

"Fənərbağça" İngiltərə klubuna uduzdu

Türkiyənin "Fənərbağça" klubu UEFA Avropa Liqasının pley-off mərhələsində ilk oyununu keçirib.

"Ölkə.az" xəbər verir ki, İngiltərənin "Nottinqem Forest" kollektivi ilə qarşılaşan Domeniko Tedeskonun baş məşqçisi olduğu kollektiv 0:3 hesabı ilə uduzub.

İstanbulda baş tutan matçda qolları Murillo (21), İqor Jesus (43) və Morqan Qibbs-Uayt (50) vurublar.

Qeyd edək ki, pley-off mərhələsinin cavab qarşılaşmaları fevralın 26-da baş tutacaq.

Избранный
40
5
olke.az

6Источники