Basketbol üzrə Azərbaycan Kubokunda bütün yarımfinalçılar müəyyənləşib.
Apasport.az xəbər verir ki, bu, 1/4 final mərhələsinin "Abşeron Lions" - "Şəki qarşılaşmasından sonra bəlli olub.
Sözügedən matçda 93:85 hesabı ilə qalib gələn şəkililər yarımfinala adlayan sonuncu kollektiv olublar.
Daha əvvəl baş tutan matçlarda "Ordu" "Sumqayıt"ı (93:74) "Sabah" "Quba"nı (113:76), "Gəncə" isə "Neftçi"ni (95:92) məğlub edərək növbəti raunda adlayıb.
Beləliklə, "Şəki" və "Gəncə" komandaları yarımfinalda münasibətləri aydınlaşdıracaqlar. Bu mərhələnin digər matçında "Sabah" "Ordu" ilə qarşılaşacaq.
“Abşeron Lions”dan inamlı qələbə
“Abşeron Lions”dan səfər qələbəsi
“Gəncə”dən ev qələbəsi
“Gəncə” klubunda yeni məşqçi
Türkiyəli məşqçi səhhəti ilə bağlı Azərbaycan klubunu tərk edib