Footbal-plus saytından alınan məlumata görə, ain.az bildirir.
“Qarabağ”ı saymasaq, premyer-liqada hazırda dörd məcburi köçkün var - “Araz-Naxçıvan”, “İmişli”, “Turan Tovuz” və “Kəpəz”.“Sarı-göylər”in bu mövsüm Gəncəyə qayıdacağı deyilirdi. Əvvəlcə yanvar dedilər, sonra mart. “Football-plus.az”a daxil olan məlumata görə, komanda bu mövsüm Gəncədə cəmi bir oyun keçirəcək. Mövsümün sonunda - 33-cü turda “Neftçi”yə qarşı. Həmin turun oyunları isə mayın 22-24-nə planlaşdırılıb.Xatırladaq ki, “Kəpəz” Gəncədə sonuncu dəfə 2023/24 mövsümündə oynayıb.MÜZƏFFƏR QULUZADƏ
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.