RU

Regionda gərginlik artır: Bu dövlət uranı İrandan çıxardacaq

ain.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Rusiyanın dövlət nüvə korporasiyası “Rosatom” İranda zənginləşdirilmiş uranın ölkə xaricinə daşınması ilə bağlı texniki əməliyyatı həyata keçirməyə hazır olduğunu açıqlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə şirkətin baş direktoru Aleksey Lixaçev məlumat verib.

Onun sözlərinə görə, hazırda müxtəlif beynəlxalq formatlarda danışıqlar aparılır və yüksək zənginləşdirilmiş uranın gələcək taleyi ilə bağlı bir neçə ssenari müzakirə olunur. Lixaçev bildirib ki, Rusiyanın bu sahədə əvvəlki illərdən təcrübəsi var və rəsmi Tehran qərar verəcəyi təqdirdə “Rosatom” texniki baxımdan istənilən tapşırığı yerinə yetirə bilər.

Şirkət rəhbəri qeyd edib ki, əməliyyatın konkret parametrlərini ilk növbədə İran hakimiyyəti müəyyənləşdirəcək. O əlavə edib ki, korporasiya regiondakı gərginliyi diqqətlə izləyir və tərəfdaşlıq çərçivəsində İran nüvə mütəxəssisləri ilə əməkdaşlığa hazırdır.

Lixaçev həmçinin bildirib ki, bölgədə eskalasiya fonunda İrandakı Buşehr Atom Elektrik Stansiyası üçün təhlükəsizlik planları hazırlanıb. Ötən il baş verən hərbi gərginlik zamanı stansiya ərazisinin ölkədə ən təhlükəsiz məkanlardan biri olduğu vurğulanıb, buna baxmayaraq bəzi əməkdaşların ailə üzvləri təxliyə edilib.

Xatırladaq ki, daha əvvəl yayılan məlumatlara görə, ABŞ ilə mümkün razılaşma çərçivəsində İran uranın zənginləşdirilməsini dayandırmaq və ehtiyatların bir hissəsini xaricə çıxarmaq variantını nəzərdən keçirir. Rusiya isə 2015-ci ildə olduğu kimi, tərəflər arasında gərginliyin azaldılmasına vasitəçilik etməyə hazır olduğunu bəyan edir.

Əliyar Xəlil

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
49
globalinfo.az

1Источники