RU

SON DƏQİQƏ! Müharibəyə saatlar qaldı – İrana hücum edilərsə…

ABŞ Hərbi Hava Qüvvələrinin İrana endirilən zərbələrdə iştirak edən strateji bombardmançıları yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.

Bu barədə The New York Times nəşri mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, son günlər Yaxın Şərqdə gərginliyin artması fonunda ABŞ Silahlı Qüvvələri regionda hərbi fəallığını gücləndirib. Xüsusilə İrana qarşı həyata keçirilən əməliyyatlarda istifadə olunan strateji bombardmançı təyyarələrin döyüş hazırlığı səviyyəsi yüksəldilib.

Mənbələrin bildirdiyinə görə, bu addım mümkün yeni hərbi əməliyyatlara hazırlıq məqsədi daşıyır. ABŞ hərbi rəhbərliyi regiondakı vəziyyəti yaxından izləyir və ehtiyac yarandığı təqdirdə sürətli cavab verməyə hazır olduğunu nümayiş etdirir.

Qeyd olunur ki, hazırda sözügedən təyyarələr yüksək səviyyədə texniki və operativ hazırlıq vəziyyətində saxlanılır. Bu isə Vaşinqtonun İranla bağlı təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirdiyini göstərir.

Rəsmi qurumlar isə hələlik məsələ ilə bağlı əlavə açıqlama verməyib.

Bəs, müharibə başlayarsa İranı nə gözləyir? Bu, böyük müharibəyə səbəb ola bilərmi? Yoxsa, lokal xarakter daşıyacaq?

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi Vasif Həsənli qeyd edib ki, bu addım birbaşa müharibənin başlanması anlamına gəlmir: “Daha çox “əzələ nümayişi” və çəkindirmə xarakteri daşıyan bu hazırlıq, İran və regiondakı digər aktorlara xəbərdarlıq mesajı kimi dəyərləndirilir. ABŞ administrasiyası bununla həm təhlükəsizlik risklərini nəzarətdə saxlamağa, həm də diplomatik danışıqlarda mövqeyini gücləndirməyə çalışır. Mümkün hərbi qarşıdurma baş verərsə, onun lokal və məhdud xarakter daşıması ehtimalı daha yüksəkdir. Bu ssenaridə hava zərbələri və hədəfli əməliyyatlar ön planda ola bilər. Genişmiqyaslı müharibə isə həm ABŞ, həm də İran üçün ciddi siyasi və iqtisadi nəticələr doğuracağından tərəflərin marağında deyil”.

Vasif Həsənli

Şərhçi qeyd edib ki, bununla belə, vəziyyətin nəzarətdən çıxması regionda yeni təhlükəsizlik böhranına yol aça bilər: “Xüsusilə enerji marşrutları və strateji boğazlarda gərginliyin artması qlobal bazarlara da təsirsiz ötüşməz. Mütəxəssislər tərəfləri ritorikanı yumşaltmağa və diplomatik kanalları açıq saxlamağa çağırır. Hazırkı mərhələdə ABŞ-nin atdığı addımlar müharibədən çox təzyiq və balans siyasəti kimi qiymətləndirilir. Regionda isə diqqətlər hadisələrin hansı istiqamətdə inkişaf edəcəyinə yönəlib”.

Tunar
NOCOMMENT.az

Избранный
21
nocomment.az

1Источники