RU

Hakan Fidan: Türkiyə Qəzzaya qoşun göndərməyə hazırdır!

Xarici işlər naziri Hakan Fidan Qəzza Sülh Komitəsinin ilk iclasında açıqlamalar verib.

Turkustan.az xəbər verir ki, nazir Fidan Türkiyənin Qəzza üçün yaradılacaq Beynəlxalq Sabitləşdirmə Qüvvələrinə qoşun göndərməyə hazır olduğunu bildirib.

Xarici işlər naziri Hakan Fidan Qəzza Sülh Komitəsinin ilk iclasında açıqlamalar verib. Nazir Fidan Türkiyənin Qəzza üçün yaradılacaq Beynəlxalq Sabitləşdirmə Qüvvələrinə qoşun göndərməyə hazır olduğunu bildirib.

Nazir Fidan dedi: "Qəzzada səhiyyə və təhsil sektorlarının təkmilləşdirilməsinə və polis qüvvələrinin təliminə mənalı töhfələr verə bilərik".

İndoneziya prezidenti Prabovo Subianto Qəzzaya 8000 və ya daha çox əsgər göndərəcəklərini bildirib.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkəsinin Qəzzaya hərbi hissələri, o cümlədən tibb işçilərini göndərməyə hazır olduğunu açıqladı.

Aytən Yaşar/ Turkustan.az

Избранный
14
turkustan.az

1Источники