RU

Beyləqan və Yevlaxda kolluq və ağaclıq ərazilərdə güclü yanğın başlayıb

Beyləqan və Yevlax rayonları ərazisində kolluq və ağaclar olan ərazidə güclü yanğın başlayıb.

APA-nın yerli bürosu xəbər verir ki, bölgədə havanın küləkli keçməsi qısa müddətdə yanğının miqyasını genişləndirib.

Hazırda hər iki istiqamətdə yanğınsöndürən briqadaları alovla mübarizə aparır.

Geniş ərazidə xeyli sayda ağac və bitki kolları yanaraq məhv olub.

Beyləqan
Избранный
28
1
apa.az

3Источники