Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Mühafizə alayının (bundan sonra - Mühafizə alayı) komandiri vəzifəsinə təyinat həyata keçirilib. Bununla bağlı ədliyyə naziri Fərid Əhmədov müvafiq əmr imzalayıb.Ədliyyə Nazirliyindən BUTA.TV-a verilən məlumata görə, əmrə əsasən, Mühafizə alayının komandirinin müavini polkovnik-leytenant Bəxtiyar Məmmədov alayın komandiri vəzifəsinə təyin olunub. "Bəxtiyar Məmmədov 1987-ci ildə anadan olub. 2008-ci ildə Bakı Dövlət Universitetini hüquqşünaslıq ixtisası üzrə bitirib. Əmək fəaliyyətinə 2010-cu ildə daxili işlər orqanlarında başlayaraq müxtəlif vəzifələrdə çalışıb. 2024-cü ilin iyun ayından xidmətini ədliyyə orqanlarında davam etdirərək Mühafizə alayının komandirinin müavini vəzifəsinə təyin edilib", - məlumatda bildirilib.