RU

Gecələr rahat yatmaq üçün ən effektiv 5 metod

Axşam saatlarında ilıq duş qəbul etmək və yuxu gigiyenasına əməl etmək daha tez yuxuya getməyə kömək edir.

Milli.Az-ın məlumatına görə, bu barədə rusiyalı terapevt İvan Eremenko "Podmoskovye seqodnya" nəşrinə açıqlamasında bildirib.

Həkim qeyd edib ki, hər gün eyni saatda yatıb oyanmaq, yatmazdan əvvəl işıq təsirini azaltmaq, axşam qadcetlərdən uzaq durmaq və gün ərzində orta səviyyədə fiziki aktiv qalmaq yuxuya getmə prosesini asanlaşdırır.

Onun sözlərinə görə, həmçinin yatmazdan əvvəl ilıq duş almaq, yataq otağını havalandırmaq və temperaturu 18-20 dərəcə civarında saxlamaq yuxunun keyfiyyətini artırır.

Asya
Milli.Az 
Избранный
31
1
milli.az

2Источники