Vaşinqton, 19 fevral, AZƏRTAC
BMT münaqişələrin həllində əvvəlkindən daha çox iştirak etməlidir.
AZƏRTAC-ın məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp Sülh Şurasının Vaşinqtonda keçirilən ilk iclasında deyib.
O, həmçinin ABŞ-nin BMT ilə çox yaxından işləyəcəyini söyləyib. “Bir gün mən burada olmayacağam. Düşünürəm ki, BMT daha güclü olacaq. Sülh Şurası demək olar ki, BMT-yə nəzarət edəcək və onun düzgün işləməsini təmin edəcək”, - deyə o bildirib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton