RU

ABŞ nin İrana hərbi zərbəsi hələlik yalnız siyasi psixoloji təzyiqdir ANALİTİK

ain.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Hazırda ABŞ hərbi hazırlıq görüntüsü ilə danışıqlarda üstünlük qazanmağa çalışır

ABŞ Prezidenti Donald Tramp hələ İrana zərbə endirilməsi ilə bağlı yekun qərar qəbul etməyib, amma ordu bunu həftəsonu həyata keçirməyə hazırdır.

CNN mənbələrə istinadla məlumat yayıb ki, prezident qapalı şəkildə həm İrana zərbə endirilməsinin lehinə, həm də əleyhinə fikirlər səsləndirib, həmçinin müşavir və müttəfiqlərinin mövqeyini öyrənib.

Telekanalın məlumatına əsasən, fevralın 18-də Ağ Evdə mövzu ilə bağlı yüksək vəzifəli rəsmilərin iştirakı ilə müşavirə keçirilib. Həmin gün ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff və iş adamı Cared Kuşner Donald Trampa fevralın 17-də keçirilmiş İranla dolayı danışıqlar barədə məruzə ediblər.

CBS telekanalı da bundan öncə ABŞ administrasiyasının həftəsonu İrana zərbə endirilməsi imkanını nəzərdən keçirdiyini bildirmişdi.

Politoloq Zeynal Əmralıyev “Sherg.az”a bildirib ki, hazırkı mərhələdə ABŞ-nin İrana birbaşa hərbi zərbə endirməsi ehtimalı daha çox siyasi-psixoloji təzyiq aləti kimi görünür. Politoloqun sözlərinə görə, Vaşinqton daxilində bu məsələ ilə bağlı yekdil mövqe formalaşmayıb və müxtəlif ssenarilər müzakirə olunur: “ABŞ administrasiyası bir tərəfdən İranın nüvə proqramı və regiondakı təsir imkanlarını məhdudlaşdırmaq istəyir, digər tərəfdən isə genişmiqyaslı müharibənin doğuracağı ağır nəticələri nəzərə alır. Məhz buna görə də qərarvermə prosesi uzanır və paralel şəkildə diplomatik kanallar açıq saxlanılır”.

Z. Əmralıyev hesab edir ki, ABŞ-İran münasibətlərində gərginlik yüksək olaraq qalmasına baxmayaraq, tərəflər arasında dialoq imkanları tam bağlanmayıb: “İran rəhbərliyi, xüsusilə Prezident Məsud Pezeşkian və Xarici İşlər Nazirliyi tərəfindən verilən nisbətən yumşaq bəyanatlar göstərir ki, Tehran birbaşa qarşıdurmadan yayınmağa çalışır. Lakin burada İsrail faktoru da mühüm rol oynayır. İsrail rəhbərliyi İranın nüvə və regional fəaliyyətini öz milli təhlükəsizliyi üçün əsas təhdid hesab edir və ABŞ-ni daha sərt addımlara təşviq etməyə çalışır. İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə yenidən ABŞ-a səfər etməyi planlaşdırır. O maksimum dərəcədə çalışacaq ki, İrana hücuma dair hansısa formada ABŞ-ni təhrik etsin. İran daxilində isə SEPAH-ın mövqelərinin güclənməsi vəziyyəti mürəkkəbləşdirir. Bununla belə yaxın günlərdə, həftələrdə ABŞ-nin İrana birbaşa hərbi hücumu real görünmür. Vaşinqton hazırda daha çox hərbi hazırlıq görüntüsü yaradaraq Tehrana təzyiq göstərməyə və danışıqlarda əlini gücləndirməyə çalışır. Diplomatik proses uğursuz olarsa, yay aylarına doğru tərəflər arasında hərbi gərginliyin artması ehtimalı istisna deyil”. 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
3
sherg.az

1Источники