RU

Gürcüstan və İsrail rəsmiləri Yaxın Şərq və Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər

Tbilisi, 19 fevral, AZƏRTAC

Gürcüstan Parlament sədrinin birinci müavini Giorgi Volski İsrailin bu ölkədəki səfiri Valid Əbu Haya ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, tərəflər Gürcüstan və İsrail arasında mövcud tərəfdaşlıq münasibətlərini və müxtəlif sahələrdə əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

Müzakirə mövzularından biri də İsrail və Gürcüstanı əhatə edən təhlükəsizlik mühiti olub. Söhbət zamanı həm dünyadakı çətinliklərə, həm də Yaxın Şərq və Cənubi Qafqaz regionundakı vəziyyətə toxunulub. Hər iki ölkədə baş verən siyasi proseslər barədə fikir mübadiləsi aparılıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Избранный
49
2
azertag.az

3Источники