RU

“Donbasın təhvil verilməsi ukraynalılar tərəfindən rədd ediləcək Politoloq

ain.az, Redaktor.az portalına istinadən məlumat yayır.

"Cenevrə görüşlərini “çətin” deyə xarakterizə edirəm. Məhz bu səbəbdən ki, Rusiya-Ukrayna sülh danışıqları irəliləyişsiz başa çatdı. Çərşənbə axşamı günü reallaşdırılan görüş uzun çəksə də, çərşənbə günü keçirilən görüş cəmi 2 saat davam etdi. Baxmayaraq ki, ABŞ səfiri Stiven Uitkof danışıqlarla bağlı nikbinlik ifadə edir, Ukrayna nümayəndəsi isə danışıqların çətin olduğunu bildirir. O da bildirilir ki, hərbi məsələlərdə müəyyən irəliləyişlər əldə edilib, lakin hələ də heç bir təfərrüat açıqlanmayıb".

Bunu Redaktor.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova bildirdi.

Müsahibimiz vurğuladı ki, ərazi məsələsi ilə bağlı da hər hansı bir razılaşma yoxdur:

"Atəşkəsdən söhbət belə getmir. Moskva və Kiyevin mövqeləri hələ də bir-birindən kifayət qədər uzaqdır. Elə buna görə də ərazi məsələləri qeyri-müəyyən olaraq qalır. Rusiya tərəfindən nümayəndə heyətinin rəhbəri Vladimir Medinski danışıqları “işgüzar” deyə xarakterizə edib. Bu isə ondan xəbər verir ki, başqa bir görüş keçiriləcək. Proqnozlaşdırmaq çətin deyil ki, bu görüş tezliklə baş tutacaq. Zelenski bildirir ki, ABŞ Prezidenti Donald Trampın Rusiya Prezidenti Vladimir Putinə olan münasibətinin onun layiq olduğundan daha yaxşı olması çox, çox ağrılıdır. Görünür ki, tərəflər arasında uyğunluq yoxdur və kifayət qədər vaxt tələb edən mürəkkəb məsələlər hələ də mövcuddur.

Zelenski Rusiyanı artıq son mərhələyə çata biləcək danışıqları uzatmağa çalışmaqda günahlandırır. Müharibəyə son qoymaq üçün diplomatik səylərə rəhbərlik edən Donald Tramp iki tərəf arasındakı çıxılmaz vəziyyətlə bağlı səbirsizlik göstərir. Rusiya Ukraynanın tez bir zamanda danışıqlar masası arxasına gəlməsini daha məqbul hesab edir. Zelenski isə bu fikri rədd edərək, ölkəsinin güzəştə getməsinin ədalətsiz olduğunu bildirir.

Kiyev uzun müddətdir ki, Rusiyanın Donbasın şərqinə dair tələbini rədd edir. Bir çox ukraynalı hesab edir ki, bu ərazidən imtina etmək ölkəni başqa bir Rusiya işğalına qarşı həssas hala gətirə bilər. Zelenski özü də bu məsələni 1938-ci il Münhen Sazişi ilə müqayisə edir. Həmin il Avropa gücləri Hitlerin Çexiyanın Sudet bölgəsini ilhaq etməsinə icazə verib. Zelenski bildirir ki, əgər Donbasın təhvil verilməsi ilə bağlı hər hansı bir plan referenduma çıxarılsa, ukraynalılar tərəfindən bu, birmənalı qaydada rədd ediləcək".

Şəbnəm Həsənovanın fikrincə, Kiyev Rusiyanın yenidən hücum etməsinin qarşısını almaq üçün Qərb müttəfiqləri tərəfindən möhkəm təhlükəsizlik zəmanətlərinin verilməsini təmin etmək üçün çalışır:

"Danışıqlarda digər bir problemli məqam Zaporojye Atom Elektrik Stansiyasının statusudur. Avropanın ən böyük elektrik stansiyası cəbhə xəttində yerləşir və 2022-ci ilin mart ayından Rusiyanın nəzarəti altındadır. Ukrayna Moskvanın onu geri qaytarmasını istəyir. Zelenski əvvəllər Kiyevin stansiyanın nəzarətini amerikalılarla bölüşə biləcəyini də bildirmişdi. Moskvanın buna razılaşması ehtimalı isə olduqca azdır. Baxmayaraq ki, müharibədən dörd il keçir, Moskvanın tələbləri ilə Kiyevin ədalətli sülh hesab edə biləcəyi şey arasında hələ də əhəmiyyətli bir məsafə var".

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
77
1
redaktor.az

2Источники