RU

Rusiya DİN bu il 72 min əcnəbinin deportasiya olunduğunu açıqlayıb

Ayna portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Bu məsələləri həll etmək və qanunvericilik təşəbbüslərinizi həyata keçirmək üçün bizə də maliyyə vəsaiti lazımdır"

2025-ci ildə qanunu pozduğuna görə Rusiyadan 70 mindən çox xarici vətəndaş deportasiya edilib. AYNA.AZ rus mediasına istinadən bildirir ki, Rusiya DİN rəhbəri Vladimir Kolokoltsev bunu Dövlət Dumasının Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin iclasında açıqlayıb.

Onun sözlərinə görə, ötən il qanunu pozduğuna görə ölkədən 72 min əcnəbi deportasiya edilib.

Kolokoltsev qeyd edib ki, DİN əməkdaşları deportasiya olunmalı daha çox qanun pozucusunu müəyyən edə bilərlər, lakin bunun üçün əlavə maliyyə vəsaiti tələb olunur.

"Təəssüf ki, bu məsələləri həll etmək və qanunvericilik təşəbbüslərinizi həyata keçirmək üçün bizə də maliyyə vəsaiti lazımdır", - deyə nazir vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
23
ayna.az

1Источники