RU

Maddi dəstək, mənəvi ehtiyac... Ramazanda edilən sədəqə və zəkatın cəmiyyət üçün real təsiri nədir?

ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Ramazan ayı yalnız fərdi ibadət ayı deyil, ictimai məsuliyyət ayıdır. Qurani Kərimdə buyurulur ki, onların mallarından sədəqə götür ki, bununla onları təmizləyəsən və saflaşdırasan. Bu ayə göstərir ki, zəkat və sədəqə təkcə kasıbın ehtiyacını ödəmək deyil, varlının da qəlbini təmizləmək üçündür. Malın içində başqasının haqqı olduğunu dərk etmək sosial ədalətin əsasını təşkil edir.

Bu barədə Bizimyol.info xəbər portalına ilahiyyatçı Əkrəm Həsənov danışıb. İlahiyyatçı qeyd edib ki, Peyğəmbər Ramazan ayında daha səxavətli olardı.

"Rəvayətlərdə bildirilir ki, o, bu ayda əsən küləkdən də səxavətli idi. Bunun hikməti aydındır. Ramazan insanın mərhəmət hissini gücləndirir. Ac qalan insan başqasının halını daha yaxşı anlayır. Bu anlayış paylaşmanı artırır.

Klassik alimlər zəkatı cəmiyyətin iqtisadi tarazlıq mexanizmi kimi izah ediblər. İmam Şafii və digər fiqh alimləri bildiriblər ki, zəkat kasıbın haqqıdır, varlının lütfü deyil. Bu düşüncə sosial münasibətləri dəyişir. Yardım alan özünü alçaldılmış hiss etmir, haqqını almış olur.

Ramazanda sədəqənin artması cəmiyyətdə kin və paxıllığı azaldır. İmkanlı ilə imkansız arasında körpü yaranır. Sosial sabitlik möhkəmlənir. Ailə içində, məhəllədə, ümumən cəmiyyətdə qarşılıqlı etimad artır. İslamın məqsədi yalnız fərdi savab toplamaq deyil, ədalətli və mərhəmətli bir cəmiyyət qurmaqdır. Ramazanda edilən sədəqə və zəkat bu məqsədin canlı təzahürüdür"-deyə ilahiyyatçı bildirib.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
86
icma.az

1Источники