RU

İtkonen: Brüsseldə “Drujba“ ilə neft tədarükü məsələsi müzakirə olunacaq

ain.az bildirir, Moderator.az saytına əsaslanaraq.

Avropa Komissiyası "Drujba" kəməri vasitəsilə Rusiya neftinin tədarükünün dayandırılması ilə bağlı vəziyyəti diqqətlə izləyir və Macarıstan, Slovakiya, Xorvatiya, eləcə də Ukrayna ilə daim əlaqə saxlayır.

Moderator.az xəbər verir ki, bu barədə Brüsseldə jurnalistlərə Avropa İttifaqının (Aİ) rəsmi nümayəndəsi Anna-Kaysa İtkonen bildirib.

Onun sözlərinə görə, Avropa Komissiyası (AK) vəziyyəti, o cümlədən Macarıstan və Slovakiyanın Ukraynaya dizel yanacağı, elektrik enerjisi və qaz tədarükünü dayandırmaq planları ilə bağlı məlumatları qiymətləndirməlidir.

"Vəziyyət çox sürətlə dəyişir. Prinsip etibarilə, ixracla bağlı hər hansı məhdudiyyətlər yalnız çox sərt şərtlər daxilində mümkündür. Biz bütün müvafiq milli qurumlarla sıx əlaqə saxlayırıq. Avropa Komissiyasının prioritet vəzifəsi üzv dövlətlərimizdə tədarük təhlükəsizliyini təmin etməkdir", – İtkonen deyib.

Onun sözlərinə görə, hazırda AK qısamüddətli perspektivdə tədarük təhlükəsizliyi üçün hər hansı risk görmür, çünki həm Macarıstanın, həm də Slovakiyanın 90 günlük neft ehtiyatı mövcuddur.

O qeyd edib ki, Ukrayna hakimiyyəti ilə Rusiyanın hücumu nəticəsində zədələnən "Drujba" neft kəmərinin təmiri də müzakirə olunur.

"Neft kəmərinin təmiri ilə bağlı Ukraynaya hər hansı bir təzyiq göstərdiyimiz kimi yanlış anlaşılma olmamalıdır. Biz təmirlə bağlı vaxt cədvəlini və hazırkı vəziyyəti tam başa düşmək istəyirik", – İtkonen bildirib.

O, Ukraynanın illərdir davam edən müharibə şəraitində, Rusiyanın zərbələrinə baxmayaraq, "Drujba"nı işlək vəziyyətdə saxlamaq üçün göstərdiyi səyləri də vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
29
2
moderator.az

3Источники