RU

Sülh Şurası səlahiyyət və nüfuz baxımından ən əhəmiyyətli strukturdur - Donald Tramp

Bakı. Trend:

Sülh Şurası səlahiyyət və nüfuz baxımından ən əhəmiyyətlistrukturdur.

Trend xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald TrampSülh Şurasının Vaşinqtonda keçirilən ilk iclasında deyib.

"Sülh Şurasının iclası çox vacibdir. Hesab edirəm ki, bu, nüfuzvə nüfuz baxımından ən əhəmiyyətli şuradır. Dünyanın ən böyükliderləri burada toplaşdığı üçün indiyə qədər belə bir şey olmayıb.Demək olar ki, hər kəs iştirakını təsdiqləyib və hələ iştiraketməyənlər də mütləq iştirak edəcəklər", -

o deyib.

Tramp bu vacib toplantıda iştirak etmək üçün uzun məsafələrəsəyahət edən liderlərə və rəsmilərə təşəkkür edib.

"Daha da çox çalışmalıyıq. Sülh Şurası əsasən Yaxın Şərqdən olanliderləri, inanılmaz dərəcədə hörmətli şəxsləri, eləcə də dünyanınmüxtəlif ölkələrindən nümayəndələri bir araya gətirir. Onlarhəmçinin maliyyələşdirmələrində son dərəcə səxavətli olublar. Dahasonra müzakirə edəcəyim kimi, Amerika Birləşmiş Ştatları daəhəmiyyətli bir töhfə verib, çünki sülhdən vacib heç nə yoxdur. Vəsülhdən ucuz heç nə yoxdur: müharibələr sülh yaratmaqdan yüz dəfəbaha başa gəlir", - o əlavə edib.

Xatırladaq ki, bu il yanvarın 16-da Tramp Sülh Şurası adlıbeynəlxalq təşkilat yaratmaq qərarını elan etmiş və AzərbaycanRespublikasını təsisçi üzv olmağa dəvət edib

Azərbaycan bu dəvəti qəbul edib və Amerika tərəfini SülhŞurasının təsisçi üzvü olmaq niyyəti barədə məlumatlandırıb.

Yanvarın 22-də Davosda "Sülh Şurası Xartiyası"nın imzalanmamərasimi keçirilib (Board of Peace Charter).

Prezident İlham Əliyev və tədbirdə iştirak edən digər dövlət vəhökumət başçıları "Sülh Şurası Xartiyası"nı imzalayıblar.

Məqalədə:
Избранный
44
3
az.trend.az

4Источники