RU

"Kəpəz"in Gəncədə keçirəcəyi ilk oyun məlum oldu - SON DƏQİQƏ

"Kəpəz"in uzun aradan sonra Gəncə şəhər stadionunda ev oyunlarını keçirəcəyini xəbər vermişdik.

Mövzu ilə bağlı yeni bilgilər əldə etmişik.

Bölgə klubu yenidən qurulmuş arenaya may ayında ayaq basacaq.

Premyer Liqanın son turuna təsadüf edəcək "Kəpəz" - "Neftçi" görüşü məhz yerli publika qarşısında baş tutacaq.

Artıq bu barədə hər iki kluba məlumat verilib.

Son anda meydança ilə bağlı narahatlıq yaranmasa, plan həyata keçiriləcək.

Xatırladaq ki, Gəncə şəhər stadionunda gedən yenidənqurma işlərinə görə "Kəpəz" üçüncü mövsümdü ev oyunlarını ölkənin müxtəlif şəhərlərində (Qəbələ, Tovuz və Yevlax) keçirir.

XANOĞLAN / SPORTİNFO.AZ

Избранный
80
sportinfo.az

1Источники