RU

Azərbaycanda bu qadınlar cəmi 6 saat işləyirlər İLGİNC SƏBƏB KONKRET

Konkret.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Rusiyada hamilə qadınların iş gününün 6 saata endirilməsi ilə bağlı səslənən təşəbbüs Azərbaycanda artıq uzun müddətdir tətbiq olunur.

Azərbaycan əmək qanunvericiliyi bu məsələdə Rusiyadan geri deyil, əksinə, belə güzəştlər ölkədə illərdir qüvvədədir”.

Bu fikirləri KONKRET.az-a açıqlamasında Mehman Muradlı səsləndirib.

“Əmək Məcəlləsinin tələblərinə əsasən bir neçə kateqoriya üçün qısaldılmış iş vaxtı nəzərdə tutulub. Bu kateqoriyaya hamilə qadınlar, yaş yarımadək uşağı olan analar, eləcə də 3 yaşınadək uşağı təkbaşına böyüdən valideynlər daxildir”.

Ekspert qeyd edib ki, həmin şəxslər üçün həftəlik iş vaxtı 36 saat müəyyən olunub:

“Bu da o deməkdir ki, iş vaxtını həftənin günlərinə böldükdə gündə təxminən 6 saat edir. Yəni Rusiyada indi müzakirə olunan məsələ Azərbaycanda artıq qanunvericilikdə mövcuddur. Bununla bağlı dəyişikliklər 2016-cı ilin may ayında əmək qanunvericiliyinə edilib və artıq təxminən 10 ilə yaxındır hamilə qadınların həftəlik iş müddəti 36 saatdan artıq ola bilməz”.

Ekspertin fikrincə, bu yanaşma həm ana və uşağın sağlamlığının qorunmasına, həm də sosial müdafiə mexanizmlərinin gücləndirilməsinə xidmət edir.

Aynurə İsmayıl

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
51
1
konkret.az

2Источники