RU

Simonyan Bakıya işarə edib Paşinyana qarşı çıxır? İrəvanda Vardanyan qalmaqalı

GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Ermənistan parlamentinin sədri Alen Simonyan İrəvanın Bakıda məhbus həyatı yaşayan sonuncu erməni evinə qayıdana qədər öz işini davam etdirəcəyini bildirib. Onun sözləri xüsusilə sülh prosesinin davam etdiyi bir müddətdə Azərbaycanda birmənalı qarşılanmayıb.

Bəzi iddialara görə, Ermənistanın gələcəkdə Bakı həbsxanasında cəza çəkən separatçıların ekstradisiyasını tələb etməsi gözləniləndir.

Simonyan sözügedən bəyanatı ilə nəyi nəzərdə tutur? İrəvanın separatçıları qaytarmaq planı var?

Globalinfo.az-a danışan politoloq Turab Rzayev deyib ki, Alen Simonyanın timsalında Ermənistan tərəfi Azərbaycanda həbs edilən erməniləri geri qaytarmaq istəyir:

“Hazırda Bakı və İrəvanın həmin məhbuslara baxışı fərqlidir. Belə ki, Azərbaycan bu şəxsləri müharibə cinayətkarları kimi görür. Ermənistan isə onları müharibə əsirləri kimi qəbul edir. Halbuki bu şəxslərin mühakimə olunma səbəbi müharibəyə cəlb edilməsi deyil, müharibədən öncə mülki əhaliyə qarşı törətdikləri cinayətlərdir.

Turab Rzayev

Bu fikir ayrılıqları qalmaqda davam etdiyi müddətdə hansısa bir ekstradisiya barədə danışmaq mümkün deyil. Digər tərəfdən, indiki məqamda bu şəxslərin Ermənistana qaytarılması, başda baş nazir Nikol Paşinyan olmaqla iqtidara sərf etmir. Çünki Ruben Vardanyan və həbsdə olan digər ermənilər Paşinyan və komandasının rəqibləridir. Bu şəxslər faktiki olaraq Rusiyanın Ermənistandakı təsir vasitələri olublar.

Ruben Vardanyan isə ümumiyyətlə Kremlin xüsusi oyununun tərkib hissəsi idi. Belə ki, o, Paşinyana alternativ olaraq Ermənistana gətirilmişdi. Bu səbəbdən onların qaytarılması Paşinyan hökumətinə problem yaradacaq”.

Turan Rzayev

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
53
globalinfo.az

1Источники