RU

Nazirlik 143 təhsil müəssisəsi üçün 7 milyon xərcləyəcək

Axar.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

2026-cı ildə bir sıra təhsil müəssisələrində mühafizə xidmətinin təşkili üçün elan olunmuş tender başa çatıb.

Axar.az Oxu.az-a istinadən xəbər verir ki, Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Tikinti və Təchizat İdarəsinin elan etdiyi satınalmanın qalibi "GESCO" ASC olub.

Sözügedən xidmətin təşkili üçün 7 milyon 16 min 258 manat xərclənəcək.

Qeyd edək ki, mühafizə xidməti 10.5 ay davam edəcək və ümumilikdə 143 təhsil müəssisəsini əhatə edəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
22
1
axar.az

2Источники