RU

Serbiyanın tanınmış klubu azərbaycanlı futbolçunu geri qaytarıb

Bakı, 19 fevral, Aynur Əlixanlı, AZƏRTAC

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü İslam Həsənov müqavilə əsasında məxsus olduğu Serbiyanın "Srvena Zvezda" komandasına qayıdıb.

Bu barədə AZƏRTAC-a hücumçu özü məlumat verib.

“Qrafiçar” klubu icarəyə götürdüyü yığma üzvünü birdəfəlik transfer etmək istəsə də, "Srvena Zvezda" buna icazə verməyib: “Bildiyiniz kimi, “Qrafiçar”ın U-19 komandasında çıxış edirdim. Klub məni saxlamaq istəyirdi. Hətta Serbiyanın başqa komandalarından da təkliflər var idi. Lakin "Srvena Zvezda" məni buraxmaq istəmədi. İndi müqavilə ilə məxsus olduğum klubun U-19 komandasına qoşulmuşam”.

Qeyd edək ki, İslam Həsənov “Srvena Zvezda”ya “Sabah”dan keçib. O, 2023-cü ildə Bakı klubunun heyətində 76 qolla AFFA U-15 Liqasının bombardiri olub.

Избранный
65
6
azertag.az

7Источники