RU

Almaniya lideri: Müharibəyə tez bir zamanda son qoymaq şansımız azdır

ain.az bildirir, Reyting.az portalına istinadən.

“Rusiyanın Ukraynaya qarşı müharibəsinin danışıqlar yolu ilə tez bir zamanda bitmə ehtimalı azdır”.

Reyting.az xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merz deyib.

Onun fikrincə, bu müharibə yalnız bir tərəf hərbi və ya iqtisadi resurslarını tükəndirdikdə bitəcək.

Rusiya lideri haqqında danışan kansler qeyd edib ki, ağlabatan və humanitar arqumentlər Putini inandırmayacaq və bu, acı həqiqətdir.

Almaniya hökumət başçısının sözlərinə görə, Avropa səylərinin məqsədi “Rusiyanın müharibəni hərbi yolla davam etdirməsinin və onu iqtisadi cəhətdən daha da maliyyələşdirməsinin qarşısını almaqdır”.

Merz həmçinin Rusiya lideri ilə normal münasibətləri bərpa etməyin “praktik olaraq qeyri-mümkün” olduğunu bildirib.

Kanslerin iddiasına görə, Rusiya hakimiyyəti yaxın gələcəkdə müharibədən imtina edə bilməz, çünki hərbi maşının fəaliyyətini qorumağa məcburdurlar: “Onlar hərbi maşını qorumalıdırlar, çünki cəbhədən qayıdan yüz minlərlə əsgərlə nə edəcəkləri barədə heç bir planları yoxdur”.

Merz həmçinin 19-cu əsrdə Rusiyanı “ən dərin barbarlıq” və “ən yüksək sivilizasiya”nın birləşdiyi bir ölkə kimi yazan fransız-amerikan tarixçisi Astolf de Kustindən də sitat gətirib. Kanslerin sözlərinə görə, dünya hazırda Rusiyanı “ən dərin barbarlıq vəziyyətində” görür və bu, yaxın zamanda dəyişməyəcək.

E. KAMAL

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
26
reyting.az

1Источники