RU

TƏBİB: “3 minə yaxın qadın süd vəzi xərçənginin...”

Cebheinfo saytından alınan məlumata görə, ain.az bildirir.

Son 10 ay ərzində 3 minə yaxın qadın süd vəzi xərçənginin skrininqi məqsədilə müayinədən keçib.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, TƏBİB tabeliyində olan 23 tibb müəssisəsi olmaqla 6 tibbi ərazi bölməsində (TƏB) (Gəncə, Şəmkir-Tovuz, Bərdə-Yevlax, İmişli-Sabirabad, Cəlilabad-Salyan, Sumqayıt) 2 976 qadın mammoqrafiya skrininq müayinəsindən keçib. 

Müayinə həyata keçirilən 22 tibb müəssisəsində müayinədən keçən 2 815 nəfərin nəticələri təhlil edilib.Onlardan 421 qadının BI-RADS 3 (Nəzarət olunmalı xoş xassəli dəyişikliklər) mərhələsində, 73 qadının isə BI-RADS 4 (Şübhəli görüntü. Biopsiya tövsiyə olunur) mərhələsində olduğu məlum olub.

Hazırda Sumqayıt Tibb Mərkəzində mammoqrafiya müayinələri davam edir. Həmçinin 40-69 yaş aralığında olan qadın əhali sayının çox olması səbəbindən müayinələrin il sonuna qədər Sumqayıt Tibb Mərkəzində aparılması planlaşdırılır.

Bildiyiniz kimi, dünyada, eləcə də ölkəmizdə geniş yayılmış süd vəzi xərçənginin erkən mərhələdə aşkar edilməsi qadın sağlamlığının qorunması üçün vacibdir. 

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına görə, süd vəzi xərçəngi hər il dünyada 500.000-dən çox qadının ölümünə səbəb olur.Resursları məhdud olan ərazilərdə qadınların əksəriyyətində irəliləmiş mərhələlərdə xəstəlik aşkar edilir və 5 illik sağ qalma nisbətləri 10-40 % arasında dəyişir. 

Erkən mərhələdə aşkar olunan süd vəzi xərçənginin 5 illik sağ qalma nisbəti isə 80%-dən çoxdur. Mammoqrafiya skrininq müayinələri 40 yaşdan yuxarı qadınlarda xərçəng və ya xərçəngönü xəstəliklərin aşkarlanması baxımından əhəmiyyət kəsb edir.

Məlumdur ki, ölkəmizdə Bakı şəhəri, sözügedən tibbi xidmətlərin daha əlçatan olduğu ərazilərdir, lakin bölgələrdə texniki, infrastruktur təminatı, kadr potensialının çatışmazlığı səbəbindən bu xidmətlərin icrası məhduddur. 

Müvafiq müayinələrin regional tibb müəssisələrində genişləndirilməsi bölgələrdə xərçəng və xərçəngönü xəstəlikləri erkən mərhələdə aşkarlamağa, bu isə öz növbəsində daha az resurslarla müsbət klinik nəticələr əldə etməyə, ölüm hallarının azalmasına, beləliklə qadınların sağlamlığının qorunmasına töhfə verəcəkdir. 

Bu məqsədlə, 2025-ci ilin aprel ayından başlayaraq TƏBİB-in tabeliyində fəaliyyət göstərən regional tibb müəssisələrində 40-69 yaş qrupunda olan qadınlar arasında səyyar mobil tipli cihazlarla mammoqrafiya skrininq müayinələrinin aparılmasına başlanılıb.

Layihə TƏBİB tabeli tibb müəssisələrində çalışan ixtisaslaşmış həkimlər tərəfindən əhali arasında geniş yayılmış onkoloji xəstəliklərin vaxtında müəyyən olunmasını həyata keçirməklə onkoloji xəstəliklərin erkən aşkarlanmasına töhfə verməyi, o cümlədən ölkə üzrə əsas yayılmış onkoloji xəstəliklər istiqamətində səhiyyə göstəricilərinin müsbət tendensiyasını formalaşdırmağı, vətəndaşları xəstəliklərdən vaxtında mühafizə etməyi özündə ehtiva edir.

Gülər

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
48
4
cebheinfo.az

6Источники