RU

Beynəlxalq tərəfdaşlar üçün müsahibə Azərbaycanın regional sabitliyini göstərir. ŞƏRH OLUNDU

ain.az, Sia Az portalına istinadən məlumat verir.

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Münxendə Azərbaycan telekanallarına verdiyi müsahibəsində ölkənin xarici siyasət kursunun ardıcıl və strateji prioritetlərini bir daha nümayiş etdirmişdir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Züriyyə Qarayeva bildirib.

Onun sözlərinə görə, Prezidentin çıxışı post-münaqişə mərhələsində Cənubi Qafqazda formalaşan yeni reallıqların qəbulu, suverenlik və ərazi bütövlüyü prinsiplərinin danışıqlar prosesinin əsasını təşkil etməsi və regional kommunikasiyaların açılması məsələlərinin vacibliyini vurğulamışdır:

“Prezident həmçinin Azərbaycanın enerji təhlükəsizliyində artan rolunu, nəqliyyat-logistika marşrutlarında – xüsusilə Orta Dəhliz kontekstində – strateji əhəmiyyətini qeyd etmişdir. Qlobal proseslərə münasibətdə balanslaşdırılmış, çoxşaxəli və praqmatik diplomatiya xəttinin davam etdiriləcəyi mesajı müsahibə çərçivəsində xüsusilə önə çıxmışdır.

Bu açıqlamalar daxili auditoriya baxımından dövlətin xarici siyasətinin ardıcıl, nəticəyönümlü və milli maraqları qoruyan xarakterini təsdiqləyir. Xüsusilə post-müharibə dövründə bu mesaj vətəndaşlarda milli maraqların müdafiə olunduğu təsəvvürünü gücləndirir və siyasi sabitlik siqnalı verir.

Beynəlxalq tərəfdaşlar üçün isə müsahibə Azərbaycanın regional sabitliyin təminatçısı kimi fəaliyyət göstərdiyini, əməkdaşlığa açıq olduğunu, lakin suverenlik və ərazi bütövlüyü məsələlərində prinsipial mövqedə qaldığını göstərir. Nəticədə, Prezidentin çıxışı həm daxili, həm də xarici auditoriya üçün Azərbaycanın mövqeyinin aydın, davamlı və proqnozlaşdırıla bilən olduğunu təsdiqləyir və ölkənin xarici siyasət strategiyasının effektivliyini nümayiş etdirir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
17
1
sia.az

2Источники