RU

Şəhid Azad Cəlilov dəfn edilib

ain.az, Mia.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Azad Cəlilov dəfn edilib.

Məlumata görə, şəhidlə keçirilən vida mərasimindən sonra onun nəşi rayonun Alpout kənd qəbiristanlığında torpağa tapşırılıb.

***

Ucar rayonunda Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Azad Sabir oğlu Cəlilovla vida mərasimi keçirilib.

Mia.az xəbər verir ki, vida mərasimində şəhidin doğmaları, Ucar rayonunun rəsmi şəxsləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Azad Sabir oğlu Cəlilov 1975-ci il fevralın 14-də Ucarın Alpout kəndində anadan olub. 1994-cü il fevralın 6-da Kəlbəcər rayonunun Bağırlı kəndi (Murovdağ silsiləsi) istiqamətində gedən döyüşlər zamanı itkin düşüb.

A.Cəlilov doğulduğu kənddə dəfn ediləcək.

Allah rəhmət eləsin!

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
43
6
mia.az

8Источники