RU

Sevgilisini öldürüb itlərə yedirən qatil meydanlara qayıdır FOTO

Idman.biz saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Braziliya futbolu dəhşətli bir qərarla dünya gündəminə düşüb.

İdman.Biz xəbər verir ki, 2013-cü ildə sevgilisini qətlə yetirməkdə, cəsədini parçalayaraq itlərə yedirməkdə təqsirli bilinərək 22 il müddətinə azadlıqdan məhrum edilən qapıçı Bruno Fernandeş yenidən peşəkar futbola qayıdır.

"Vasko da Qama" klubu 41 yaşlı qapıçını rəsmi olaraq sifariş vərəqəsinə əlavə edib. 2019-cu ildən bəri cəzasını yarımsərbəst rejimdə çəkən Fernandeşin artıq sabah Braziliya Kuboku çərçivəsində "Velo Klub"a qarşı keçiriləcək matçda meydana çıxmaq ehtimalı var.

Xatırladaq ki, bu qanlı hadisə 2010-cu ildə baş verib. O zaman "Flamenqo"nun kapitanı olan Bruno model Eliza Samudionun yoxa çıxmasında əsas şübhəli kimi saxlanılmışdı.

Hadisənin baş vermə səbəbləri ilə bağlı əsas detallar aşağıdakılardır:

- Atalıq davası və aliment: Model Eliza Samudio Bruno Fernandesdən hamilə qaldığını və uşağın atasının o olduğunu iddia edirdi. Ronaldu ilə də adı hallanan model, Brunonun uşağı qəbul etməsini və aliment ödəməsini tələb edirdi.

- Transfer planları: O dövrdə "Flamenqo"nun kapitanı olan Brunonun İtaliyanın "Milan" klubuna transferi gündəmdə idi. Eliza Samudionun açdığı məhkəmə davası və uşaq üçün tələb etdiyi maddi vəsait futbolçunun həm imicinə, həm də bu böyük transferə maneə törədirdi.

- Əvvəlki təhdidlər: Eliza hələ hamilə ikən polisə şikayət edərək Brunonun onu silahla hədələdiyini və məcburi abort dərmanları içirməyə çalışdığını bildirmişdi.

- Planlı tələ: 2010-cu ilin iyununda Bruno, Eliza ilə aliment məsələsini razılaşdırmaq adı ilə onu öz fermasına dəvət edib. Lakin bu, əvvəlcədən planlaşdırılmış bir tələ idi. Orada Eliza qaçırılıb, işgəncə görüb və nəticədə öldürülüb.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
40
1
icma.az

2Источники