RU

“Turan Tovuz”un ən çalışqan və ən tənbəl oyunçusu kimdir? VİDEO

ain.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Rəhim Sadıxov adətən məşqlərə gecikir. Ən çalışqan oyunçumuz isə Ayxan Hüseynovdur”.

İdman.Biz xəbər verir ki, bu barədə “Turan Tovuz” klubunun müdafiəçisi Roderik Miller bölgə təmsilçisinin rəsmi “YouTube” kanalına açıqlamasında deyib.

O, azarkeşlərə dəstəyə görə təşəkkür edib:

“Onlar üçün əlimizdən gələni edirik və bundan sonra da edəcəyik. Növbəti oyunlarda qələbə qazanmaq məqsədimiz var. Avrokuboklara vəsiqə qazanmaq üçün hər bir imkanımızdan maksimum istifadə edəcəyik”.

Futbolçu həmçinin komanda yoldaşları haqqında da fikirlərini bölüşüb:

“Rəhim Sadıxov adətən məşqlərə gecikir. Ən çalışqan oyunçumuz isə Ayxan Hüseynovdur. Alexandro Serrano da işinə ciddi yanaşır, hətta onu məşqlərdən əvvəl idman zalında görmək mümkündür. Məncə, ən tənbəl oyunçu Xəyal Nəcəfovdur”.

Ətraflı videoda:

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
40
1
icma.az

2Источники