RU

Böyük Britaniyada qadın ilk dəfə dövlət qulluğuna rəhbər təyin edilib

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

London, 19 fevral, AZƏRTAC

Böyük Britaniyanın Baş naziri Kir Starmer dövlət qulluğuna ilk dəfə qadın rəhbər təyin edib.

AZƏRTAC “Reuters”ə istinadla xəbər verir ki, Antonia Romeo Nazirlər Kabinetinin katibi vəzifəsinə təyin olunub. Bununla da o, ölkənin ən yüksək dövlət qulluğu postunu tutan ilk qadın olub. Antonia Romeo hökumətin islahat gündəliyini irəli aparmaqla və dövlət aparatında dəyişiklikləri sürətləndirməklə vəzifələndirilib.

Romeo bu postda Kris Uormaldu əvəz edəcək. O, ötən həftə hökuməti tərk edib. Uormaldun gedişi Piter Mandelsonun Böyük Britaniyanın Amerika Birləşmiş Ştatlarında səfiri təyin olunması ilə bağlı yaranmış mübahisələr fonunda baş verib. Antonia Romeo indiyədək bir sıra dövlət qurumlarında, o cümlədən Daxili İşlər Nazirliyində çalışıb.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
63
3
azertag.az

4Источники