RU

Neokolonializm və qlobal bərabərsizlik mövzusuna həsr olunmuş beynəlxalq konfransda bəyanat qəbul edilib - YENİLƏNİB

Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə fevralın 19-da Bakıda keçirilən "Neokolonializm və qlobal bərabərsizlik" mövzusunda beynəlxalq konfransın yekunlarına dair bəyanat qəbul olunub.

"Report"un məlumatına görə, bəyanatda bildirilir ki, konfransın iştirakçıları qlobal bərabərsizliyin tarixi və struktur səbəblərini tanıyaraq, xalqların öz müqəddəratını təyinetmə və təbii sərvətlər üzərində suverenlik hüquqlarını dəstəkləyir, dekolonizasiyanı davamlı öhdəlik kimi qəbul edir və beynəlxalq həmrəylik prinsipinə sadiqlik nümayiş etdirirlər. İştirakçılar beynəlxalq institutlarda islahatların həyata keçirilməsini, bərabərsizliklə mübarizəni, elmi araşdırmalar və ictimai dialoqun gücləndirilməsini, ədalətli və suverenliyə hörmət edən tərəfdaşlıqların təşviqini çağırış edirlər.

Bakı Təşəbbüs Qrupu isə Virtual Kolonializm Muzeyi vasitəsilə qlobal dekolonizasiya prosesinə verdiyi töhfəyə görə təqdir olunub.

Bakıda "Neokolonializm və qlobal bərabərsizlik" mövzusunda beynəlxalq konfrans başlayıb.

"Report" xəbər verir ki, tədbirə ilk dəfə olaraq müstəmləkə ərazilərində yerli əhali ilə bilavasitə ərazidə işləyən antropoloqlar və psixoterapevtlər, həmçinin bu ərazilərdə fəaliyyət göstərən müstəqillik hərəkatlarının rəhbərləri və neokolonializm sahəsində ixtisaslaşmış tədqiqatçılar qatılırlar.

Bugünkü konfransda iştirakçıların müxtəlif sosial və mədəni kontekstlərdə müstəmləkəçiliyə məruz qalmış xalqların travmatik və sosial təcrübəsinin öyrənilməsi ilə bağlı məsələləri, müstəmləkəçi dövlətlərin qanunsuz fəaliyyəti nəticəsində yaranan struktur problemləri müzakirə edəcəkləri gözlənilir.

Bu təcrübənin sənədləşdirilməsi, təhlili və beynəlxalq səviyyəyə çıxarılması üçün informasiyaya çıxış mövzusu da tədbirinin gündəmində olacaq.

Rəqəmsal və elmi platformaların beynəlxalq təşkilatların müvafiq virtual sistemləri ilə inteqrasiyası, kolonializmi tədqiq edən beynəlxalq tədqiqat qrupları, ekspertlər və məhkəmə materialları üçün əlçatanlığın təmin edilməsi məsələləri də bu gün nəzərdən keçiriləcək.

Qeyd edək ki, tədbir Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə keçirilir.

Избранный
60
3
far.az

7Источники