RU

İsveçrə kimi bəzi ölkələr Azərbaycanın regionda yaratdığı mövcud stabilliyi pozmaq istəyir - RƏY

Azərbaycan regionda sülhü təmin etsə də, İsveçrənin timsalında bir sıra ölkələr tərəfindən mövcud stabil vəziyyəti pozmaq cəhdləri müşahidə olunur.

Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

O qeyd edib ki, Azərbaycan həm regionda, həm də qlobal miqyasda sülhün əsas təşəbbüskarıdır:

"2020-ci ildə 44 günlük Vətən müharibəsi, həmçinin 2023-cü ildə antiterror əməliyyatından sonra Cənubi Qafqazda sülh hökm sürür. Ermənistanın 30 il davam edən işğal siyasəti bu region üçün terror, soyqırımı, separatizm, etnik təmizləmə kimi ciddi təhdidlər yaradırdı. Lakin təəssüflər olsun ki, bu məsələ ilə bağlı ədalətli yanaşma sərgiləyən ölkələr az idi. Elə İsveçrə də ATƏT-in sədri olduğu dövrdə belə konstruktivlik nümayiş etdirə bilməmişdi. Hazırda da stabilliyi pozmaq cəhdləri davam edir. Rəsmi Bernin bu yanaşması təəssüf doğurur".

Deputatın fikrincə, İsveçrədəki anti-Azərbaycan qərarlarının heç bir hüquqi, siyasi əsası yoxdur:

"Qarabağ məsələsi artıq bitib. Müharibə cinayətkarlarının "məhbus" kimi təqdim edilməsi, "erməni mədəni irsi"nin gündəmə gətirilməsi absurddur. Burada gündəmə gəlməli olan məsələ 30 il öz yurd-yuvasından didərgin düşmüş soydaşlarımız üçün təhdid yaradan azad olunmuş ərazilərdəki mina problemi, həmçinin Qərbi Azərbaycandan olan soydaşlarımızın qayıdış hüququ və onlara məxsus mədəni irsin aqibəti olmalıdır. Lakin təəssüf ki, erməni lobbisinin təsiri altında hərəkət edən İsveçrənin son davranışları "neytral ölkə" iddiası ilə üst-üstə düşmür".

Избранный
58
far.az

1Источники