RU

Şəkər xəstələri oruc tuta bilərmi?- AÇIQLAMA

Ramazan ayında şəkər xəstələrinin oruc tutub-tutmaması məsələsi hər il aktual mövzulardan biri kimi müzakirə olunur. Mütəxəssislər bu kateqoriyadan olan şəxslərə xüsusilə diqqətli olmağı tövsiyə edirlər.

News365.az xəbər verir ki, professor Hasan Aydın mövzu ilə bağlı açıqlama verib. 

Onun sözlərinə görə, şəkər xəstələrinin mümkün olduqca oruc tutmaması daha məqsədəuyğundur.

Professor bildirib ki, yalnız müəyyən şərtlər daxilində bəzi xəstələrə oruc tutmağa icazə verilə bilər. Bunun üçün ilk növbədə qanda şəkər səviyyəsi normal və stabil olmalıdır. Eyni zamanda, həmin şəxslər şəkərsalıcı dərmanlar və ya insulin qəbul etməməlidirlər.

Mütəxəssis vurğulayıb ki, oruc tutmaq istəyən şəkər xəstələri mütləq əvvəlcədən həkim müayinəsindən keçməli, sağlamlıq vəziyyətlərini dəqiqləşdirməlidirlər. Əks halda, uzun müddət ac və susuz qalmaq ciddi fəsadlara səbəb ola bilər.

Избранный
20
news365.az

1Источники