2025-ci ildə nəqliyyat vasitələrinin sayı digər şəhərlərə (rayonlara) nisbətən daha az olan şəhər
Naftalan olub.
Bu barədə Dövlət Statistika Komitəsindən Xezerxeber.az-ın sorğusuna cavab olaraq bildirilib.
Qeyd olunub ki, Naftalan şəhəri üzrə qeydiyyatda olan nəqliyyat vasitələrinin sayı 1500 ədəddir və onların 1374-
nü minik avtomobilləri təşkil edir.
Qeyd edək ki, Azərbaycanda ən çox nəqliyyat vasitəsi isə Bakı şəhərində qeydiyyatdadır. 2025-ci ildə Bakı şəhəri üzrə yalnız minik avtomobillərinin sayı 698 167 ədəd təşkil edib.