RU

Macarıstan UkraynanıHƏDƏLƏDİ

Macarıstan Ukraynaya elektrik enerjisi və qaz tədarükünü dayandırmaq ehtimalını istisna etmir.

Redaktor.az xəbər verir ki, bu barədə Macarıstanın Baş nazirinin dəftərxanasının rəhbəri Gergely Gulyas məlumat verib. 

Gulyás bildirib ki, Budapeşt “Drujba” neft kəməri ilə neft tədarükü bərpa olunmayacağı təqdirdə belə addım ata bilər. Onun sözlərinə görə, Macarıstan hakimiyyəti bu məsələni Kiyevin hərəkətlərinə cavab olaraq nəzərdən keçirir.

“Əgər Ukrayna hakimiyyəti qərarını dəyişməsə və “Drujba” neft kəməri ilə tədarükləri əsassız bəhanələrlə ləngitməyə davam etsə, biz digər tədbirlər də görəcəyik”, – deyə o vurğulayıb.

Rəsmi Budapeştin bu məsələdə Slovakiya ilə hərəkətlərini koordinasiya etdiyi qeyd olunur.

Fevralın 19-da Slovakiyanın baş naziri Robert Fico bildirib ki, Ukrayna prezidenti Volodimir Zelenski neft məsələsində Slovakiyaya təzyiq göstərməklə Kiyevi Avropa İttifaqına yaxınlaşdıra biləcəyini düşünürsə, yanılır.

Nuriyyə NATİQQIZI

Избранный
87
redaktor.az

1Источники