RU

Neokolonializm və qlobal bərabərsizlik mövzusuna həsr olunmuş beynəlxalq konfransda bəyanat qəbul edilib

Bakı, 19 fevral, AZƏRTAC

Fevralın 19-da Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Bakıda keçirilən “Neokolonializm və qlobal bərabərsizlik” mövzusunda beynəlxalq konfransın yekunlarına dair bəyanat qəbul olunub.

AZƏRTAC-ın məlumatına görə, bəyanatda bildirilir ki, konfransın iştirakçıları qlobal bərabərsizliyin tarixi və struktur səbəblərini tanıyaraq, xalqların öz müqəddəratını təyinetmə və təbii sərvətlər üzərində suverenlik hüquqlarını dəstəkləyir, dekolonizasiyanı davamlı öhdəlik kimi qəbul edir və beynəlxalq həmrəylik prinsipinə sadiqlik nümayiş etdirirlər. İştirakçılar beynəlxalq institutlarda islahatların həyata keçirilməsini, bərabərsizliklə mübarizəni, elmi araşdırmalar və ictimai dialoqun gücləndirilməsini, ədalətli və suverenliyə hörmət edən tərəfdaşlıqların təşviqini çağırış edirlər.

Bakı Təşəbbüs Qrupu isə Virtual Kolonializm Muzeyi vasitəsilə qlobal dekolonizasiya prosesinə verdiyi töhfəyə görə təqdir olunub.

Избранный
61
3
azertag.az

7Источники