Uqandanın məşhur rəqs qrupu “Ghetto Kids” braziliyalı futbolçu Vinisius Junior üçün xüsusi rəqs nömrəsi hazırlayıb.
İdman.Biz xəbər verir ki, rəqs nömrəsi braziliyalını dəstəkləmək və ona həmrəylik göstərmək məqsədi daşıyıb.
Rəqslərdə Vinisiusun oyun üslubu və enerjisi əks olunub, tamaşaçılara onun əzmkarlığını nümayiş etdirib.
Qrupun bu addımı sosial şəbəkələrdə böyük rezonans doğurub və futbolsevərlərin diqqətini çəkib.
Xatırladaq ki, Vinisius “Benfika” ilə oyunda qarşılaşdığı rasist münasibətlə üzləşmişdi və bu performans ona dəstək məqsədilə hazırlanmışdı.