RU

Bəhlul Mustafazadə 10-12 həftə oynamayacaq – ARENA.AZ

Futbol üzrə Azərbaycan milli komandasının və “Qarabağ”ın mərkəz müdafiəçisi Bəhlul Mustafazadə uzun müddətə sıradan çıxıb.

Arena.az bu barədə Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Millimizin üzvü UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində keçirilmiş “Qarabağ” – “Nyukasl” oyununda zədə almışdı. Oyunun 22-ci dəqiqəsində zədələnərək əvəzlənmək məcburiyyətində qalmış Mustafazadənin durumuna aydınlıq gəlib. Tibbi müayinələrin nəticəsinə əsasən, Bəhlulun sol budunun adduktor əzələlərində və qasıq nahiyəsində zədə müəyyən edilib.

Hazırda tibbi heyət tərəfindən cərrahi müdaxilənin mümkünlüyü qiymətləndirilir. Futbolçunun məşq prosesinə qayıdış müddəti bərpa mərhələsinin gedişinə uyğun olaraq, fərdi şəkildə müəyyənləşdiriləcək.

İlkin tibbi rəyə əsasən, reabilitasiya dövrünün təxminən 10-12 həftə davam edəcəyi gözlənilir.

Xatırladaq ki, “Qəbələ”nin yetirməsi olan Bəhlul Mustafazadə 2021-ci ilin yayından “Qarabağ”ın uğurları üçün çalışır. O, cari mövsümdə meydana çıxdığı 24 oyunda 1 qol vurub, 1 məhsuldar ötürmə verib. O, Ağdam təmsilçisinin heyətində bütövlükdə 163 oyuna çıxıb, 6 qola imza atıb, 2 assist edib. Bəhlulun “Qarabağ”la 2027-ci ilin 30 iyununa qədər qüvvədə olan müqaviləsi var.

27 yaşlı müdafiəçi “Qarabağ” və “Qəbələ”dən başqa “Sumqayıt” və “Sabah”da da forma geyinib. O, 2019-cu ilin sentyabr ayında debüt etdiyi Azərbaycan milli komandasında da 43 oyun keçirib, 1 qol vurub.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Избранный
37
13
arena.az

10Источники