RU

Balakəndə I Qarabağ müharibəsinin itkin-şəhidi Cavanşir Həsənov dəfn edilib - YENİLƏNİB

Balakəndə
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Cavanşir Həsənov dəfn edilib. 1news.az "Report"a istinadən xəbər verir ki, şəhidlə keçirilən vida mərasimindən sonra onun nəşi Balakənin Şəhidlər xiyabanında dəfn olunub.
16:36 Balakəndə Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Cavanşir Həsənovla vida mərasimi keçirilib. 1news.az "Report"a istinadən xəbər verir ki, vida mərasimində şəhidin doğmaları, Balakən rayonunun rəsmi şəxsləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Qeyd edək ki, Cavanşir İsrafil oğlu Həsənov 1967-ci il aprelin 14-də Balakən rayonun Hənifə kəndində anadan olub. 1992-ci il iyunun 12-də Ağdərə rayonunun Sərxavənd kəndi istiqamətində gedən döyüşlər zamanı itkin düşüb.

C.Həsənov Balakən rayonu Şəhidlər xiyabanında dəfn ediləcək.

Избранный
51
3
1news.az

5Источники