RU

Ötən ay Azərbaycan Gürcüstandan 200-dən çox avtomobil idxal edib


Ötən ay Azərbaycan Gürcüstandan ümumi dəyəri 10,2 milyon ABŞ dolları olan 268 ədəd minik avtomobili idxal edib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin xarici ticarət portalında bildirilib.

Avtomobil tədarükü dəyər baxımından 16,39%, say baxımından isə 318 ədəd azalıb.

Yanvarda Gürcüstandan ixrac edilmiş minik avtomobillərinin ümumi sayı 3 730 ədəd təşkil edib. Qonşu ölkənin avtomobil ixracının 7,18%-i Azərbaycanın payına düşüb.

Избранный
53
4
apa.az

8Источники