RU

Ukrayna və NATO qapalı məlumat ötürmə sistemi yaratmağı planlaşdırır

Ukrayna və NATO qapalı məlumat ötürmə sistemi yaratmağı planlaşdırır

Ukrayna və NATO əməkdaşlığın genişləndirilməsi çərçivəsində 2026-cı ilin sonuna qədər qapalı məlumat mübadiləsi sistemini işə salmağı planlaşdırır.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə NATO-Ukrayna Birgə Analiz, Təlim və Təhsil Mərkəzindəki (JATEC) Ukraynanın baş milli nümayəndəsi Valeri Vişnevski məlumat verib. O bildirib ki, bu sistem Ukrayna ilə NATO-nu bir-birinə sıx bağlayacaq strateji bir alət olacaq.

Vişnevskinin sözlərinə görə, test layihəsinin bu ilin sonuna qədər işə salınması planlaşdırılır. Bu sistem Ukrayna Müdafiə Nazirliyinə və Silahlı Qüvvələrin Baş Qərargahına NATO strukturları ilə qapalı rejimdə anlıq məlumat mübadiləsi aparmaq imkanı verəcək. O qeyd edib ki, Ukrayna faktiki olaraq kollektiv təhlükəsizlik sisteminə daxil edilib və bu il yalnız alyans üzvləri üçün nəzərdə tutulmuş təlimlərdə iştirak edəcək.

Vişnevski vurğulayıb ki, Ukrayna İsveç və Finlandiyanın üzvlükdən əvvəl keçdiyi yolu təkrarlayır və rəsmi üzvlüklə bağlı imkan yaranan zaman ölkə buna 101% hazır olmalıdır. Qeyd edək ki, NATO və Ukraynanın ilk birgə təlim mərkəzi olan JATEC 2025-cy ilin fevralında Polşanın Bıdqoş şəhərində açılıb.

Избранный
6
afn.az

1Источники