RU

Medvedev Zelenskini "faydalı axmaq" adlandırdı

Ukrayna prezidenti Volodimir Zelenski ABŞ üçün "faydalı axmaq" rolunu oynayır və o, hakimiyyətdə nə qədər çox qalsa, Ukraynanın ərazisi bir o qədər balacalaşacaq.

Qaziler.az xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “X” sosial media platformasında bildirib.

Medvedevin sözlərinə görə, Zelenski Ukraynanın Böyük Britaniyadakı səfiri Valeri Zalujnının son müsahibəsindən narahatdır və ABŞ-ni Ukrayna seçkiləri ilə bağlı tənqid edir. Lakin seçkilər Vaşinqtonun heç vecinə də deyil, o, sadəcə ikiüzlü bir təlxəkdir - faydalı bir axmaqdır.

"O, hakimiyyətdə nə qədər çox qalsa, "Ukrayna" bir o qədər balacalaşacaq", - deyə Medvedev yazıb.

QAZİLER.AZ

Избранный
16
qaziler.az

1Источники