RU

Tarixçi alim Leyla Calalova təltif edilib

18 fevral 2026-cı il tarixində Qərbi Azərbaycan İcmasında Keşkənd və Paşalı rayon İcmalarının üzvləri ilə geniş tərkibli görüş keçirilib.

QHT.az xəbər verir ki, tədbirdə ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, Qərbi Azərbaycan İcmasının idarə heyətinin üzvü, professor Mahirə Hüseynovanın təşəbbüsü ilə yaradılmış Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin rəhbəri, tarix üzrə fəlsəfə doktoru Leyla Calalova yubileyi münasibətilə Qərbi Azərbaycan İcmasının sədri millət vəkili Əziz Ələkbərli tərəfindən "Fəxri fərman"la təltif olunub.

Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi Qərbi Azərbaycan İcmasının strateji məqsədlərinin həyata keçirilməsi, Qərbi azərbaycanlıların təşkilatlanması, Qərbi Azərbaycan həqiqətlərinin təbliği istiqamətində görülən işlə daha da genişləndirəcək.

Избранный
37
qht.az

1Источники